S30 - Spirt əsaslı əl dezinfeksiya edici vasitə

S30 – Daimi istifadə üçün nəzərdə tutulmuş və durulama tələb etməyən, sürətli təsir göstərən spirt əsaslı əl və dəri üçün dezinfeksiya vasitəsidir. Bekteriyaların 99.999% məhv edir. Xüsusilə iaşə sənayesində, səhiyyədə, məktəblərdə və dərini qoruyaraq yüksək təmizlik standartlarının tələb olunduğu istənilən müəssisələrdə və sahələrdə istifadə olunur.

İstifadə qaydaları: Təmiz əllərə və ya dəriyə tətbiq edin və 15-20 saniyə ərzində hərtərəfli sürtün. Durulama tələb olunmur.

Saxlama şəraiti: 5-30°C temperaturda, quru, birbaşa günəş işığından və şaxtadan uzaq olan yerdə, vertikal şəkildə, qapalı orijinal qablaşmada saxlayın. Qablaşmanı digər məqsədlər üçün yenidən istifadə etməyin.

Sağlamlıq və təhlükəsizlik: Uşaqlardan və qida məhsullarından uzaq saxlayın. Udulduqda sağlamlığa ziyandır. Bu halda dərhal həkimə müraciət edin. Gözlə birbaşa təmasdan çəkinin. Gözə düşdükdə 15 dəqiqə ərzində təmiz su ilə yuyun və dərhal həkimə müraciət edin. Daha ətraflı məlumat üçün təhlükəsizlik məlumatı pasportu ilə tanış olun.

  • 1Lt, 5Lt lt.

Laric Chemical H21 təmizləyici və dezinfeksiya konsentratı:

İstifadə sahəsi:

H21 səthləri təmizləmək və dezinfeksiya etmək üçün geniş istifadə sahəsinə malik biosid tərkibli yüksək təsirli vasitədir.
H21 yemək sahələridə daxil olmaqla döşəmələri, divarları, maşın və avadanlıqları təmizləmək üçün idealdır. Yüksək dərəcədə səth təmizlənməsi tələb olunan yerlərdə, məsələn: yeməkxanalarda, sanitar qovşaqlarında, xəstəxana, məktəb, otel və istirahət mərkəzlərində səthlərin təmizlənməsi və dezinfeksiya edilməsi üçün istifadə edilir.
H21 uzunmüddətli (konsentrasiyadan asılı olaraq 12 – 48 saat) dezinfeksiyaedici təsir göstərir.
H21 aşındırıcı deyil və buna görə də həssas sinklənmiş və alüminium səthlərdə tətbiq etmək üçün uyğundur.

İstifadə qaydaları:

Ümumi təmizlik və dezinfeksiya üçün aşağıdakı həll nisbətləri tövsiyə olunur:
• Az çirklənmə üçün 1:50 nisbətində həll edilir (1 Lt suya – 20 ml)
• Orta çirklənmə üçün 1:30 nisbətində həll edilir (1 Lt suya – 30 ml)
• Ağır çirkləri və sürtkü yağlarının aparılması üçün 1:10 nisbətində həll edilir (1 Lt suya – 100 ml). Qeyd: Bu konsentrasiyada istifadə etdikdən sonra səthələr su ilə yuyulmalıdır.
H21 yüksək və ya aşağı təzyiqli sprey, pol ağacı, süngər və ya parça ilə tətbiq oluna bilər.