Şirkət haqqında

2003-cü ildən xammal ticarəti ilə məşğul olan Laric Chemical MMC 2018-ci ildən etibarən Azərbaycanda yeni tikilmiş, tam avtomatlaşdırılmış zavodda Türkiyə texnologiyaları əsasında Türkiyə, Almaniya və yerli istehsalı olan xammallardan Avropa standartlarına uyğun hər növ təmizlik və gigiyena məhsullarının istehsalına start vermişdir.

2019-cu ildə Laric Chemical MMC Korporativ və HORECA segmentlərində ixtisaslanmış texniki və əməliyyat komandasına malik olan PROSHINE MMC şirkəti ilə məhsulların ölkə ərazisində distribyusiya və texniki dəstəyi barəsində eksluziv müqavilə bağlamışdır.

Bunların sayəsində qısa zamanda sürətlə inkişaf edən ölkəmizin bu sahədə təlabatlarını professional şəkildə araşdıraraq müştərilərimizə uyğun olan qiymətlərlə əninnovativ və keyfiyyətli məhsul təqdim etməkdə davam edirik.

Laric Chemical H21 təmizləyici və dezinfeksiya konsentratı:

İstifadə sahəsi:

H21 səthləri təmizləmək və dezinfeksiya etmək üçün geniş istifadə sahəsinə malik biosid tərkibli yüksək təsirli vasitədir.
H21 yemək sahələridə daxil olmaqla döşəmələri, divarları, maşın və avadanlıqları təmizləmək üçün idealdır. Yüksək dərəcədə səth təmizlənməsi tələb olunan yerlərdə, məsələn: yeməkxanalarda, sanitar qovşaqlarında, xəstəxana, məktəb, otel və istirahət mərkəzlərində səthlərin təmizlənməsi və dezinfeksiya edilməsi üçün istifadə edilir.
H21 uzunmüddətli (konsentrasiyadan asılı olaraq 12 – 48 saat) dezinfeksiyaedici təsir göstərir.
H21 aşındırıcı deyil və buna görə də həssas sinklənmiş və alüminium səthlərdə tətbiq etmək üçün uyğundur.

İstifadə qaydaları:

Ümumi təmizlik və dezinfeksiya üçün aşağıdakı həll nisbətləri tövsiyə olunur:
• Az çirklənmə üçün 1:50 nisbətində həll edilir (1 Lt suya – 20 ml)
• Orta çirklənmə üçün 1:30 nisbətində həll edilir (1 Lt suya – 30 ml)
• Ağır çirkləri və sürtkü yağlarının aparılması üçün 1:10 nisbətində həll edilir (1 Lt suya – 100 ml). Qeyd: Bu konsentrasiyada istifadə etdikdən sonra səthələr su ilə yuyulmalıdır.
H21 yüksək və ya aşağı təzyiqli sprey, pol ağacı, süngər və ya parça ilə tətbiq oluna bilər.