Müştərilərimiz
Biz Proshine MMC olaraq, 2019-cu ildən bəri müştərilərimizlə uzunmüddətli əməkdaşlıq və etibara əsaslanan münasibətlər qurmağı hədəfləyirik. Hal-hazırda, 100-dən çox tanınmış yerli və beynəlxalq şirkətlə əməkdaşlıq edərək, onlara yüksək keyfiyyətli xidmətlər təklif edirik.
Müştəri portfelimizə müxtəlif sektorlardan – bankçılıq, qida sənayesi, restoranlar, hotel şəbəkələri, ticarət mərkəzləri, biznes mərkəzləri, pərakəndə satış və digər sahələr daxildir. Biz bu sektorlarda fərqli ehtiyacları və yüksək tələbləri qarşılamaq üçün xüsusi olaraq tərtib edilmiş həllər təqdim edirik.
Hər bir tərəfdaşımızın tələblərinə uyğun olaraq tərtib edilmiş, detallı yanaşmamızla fəaliyyətimizi davam etdiririk. Hədəfimiz, ən yüksək səviyyəli xidmətlər göstərmək və müştərilərimizin iş fəaliyyətlərinə real dəyər qatmaqdır.
Gələcəkdə yeni xidmətlərin təqdim olunması, bazar genişləndirilməsi və sosial məsuliyyət layihələri ilə icmalara dəstək verərək, müştərilərimizin etibarını daha da artırmağı planlayırıq.
Əməkdaşlıq etdiyimiz sektorlarda liderlərdən biri olmaqdan qürur duyur, hər bir müştərimizin uğurunu öz uğurumuz hesab edirik.