D22 – Soyuq səthlər üçün yanmış yağ və kir təmizləyici
Məhsul haqqında:
Mətbəx, iaşə və qida istehsalı sahələri üçün nəzərdə tutulmuş, premium sinifə aid güclü yağ parçalayıcı və çoxməqsədli təmizləyicidir. Qrillər, sobalar, havalandırma sistemləri, divar və tavan səthləri, eləcə də müxtəlif avadanlıqlar üzərində yaranmış yağ və çirklərin effektiv şəkildə aradan qaldırılması üçün istifadə olunur.
Həssas boyalı səthlərdə və alüminium üzərində istifadəsi tövsiyə edilmir.
İstifadə qaydası:
Sprey vasitəsilə birbaşa səthə tətbiq edin. Çirklərə təsir etməsi üçün qısa müddət gözlədikdən sonra bez və ya mop ilə silin.
Gündəlik təmizləmə üçün 1:20 nisbətində suda həll edərək istifadə edin.
Çox yağlı və çirkli səthlərdə 1:10 nisbətində və ya birbaşa tətbiq oluna bilər.
İstifadədən sonra səthi təmiz su ilə silmək tövsiyə olunur.
| Həcm |
1 L ,5 L |
|---|---|
| pH (% 1 məhlul) |
12-13 |
| Brend |
Proshine |
